29 Noyabr 2015 13:16
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam saatlarında Bakının Xətai rayonunda hazırda tikilən hündür mərtəbəli binanın ərazisində ölüm hadisəsi baş verib.

Trend-ə verilən məlumata görə, üçüncü mərtəbədə yerləşən mənzilin pəncərəsini quraşdırılması zamanı usta işləyən 1989-ci il təvvəlüdlü Həsənov Kamandar ehtiyatsız davrandığından yıxılıb. O, müxtəlif ağır bədən xəsarətləri ilə 1 saylı şəhər Kliniki xəstəxanasına çatdırılsada, onu xilas etmək mümkün olmayıb.

Yaralı əməliyyat zamanı dünyasını dəyişib.


Müəllif: