"Televiziya aparıcılarının efir danışığında hələ də bəzi problemlər mövcuddur. Bu da dili yaxşı bilməmək, Azərbaycan dilinin havasına uymamaq, dil qanunlarına əməl etməməkdən irəli gəlir. Amma illərlə keçirdiyimiz monitorinqlərdən sonra televiziyalar müəyyən məsuliyyət hiss etməyə başlayıblar. Biz yad dilin elementləri ilə danışanda bu auditoriyaya keçir və tirajlanır. Artıq şəkilçilər işlənir, məsələn, narahatçılıq, sakitçilik kimi sözlər aparıcıların dilində çox istifadə olunur. Dilimizdə başqa dillərin təsiri hiss olunur. Türk dilinin intonasiyası, cümlə quruluşu, ingilis dilinin tərzi açıq-aydın hiss olunur”.
Teleqraf.com xəbər verir ki, bunu Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli «Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması» Layihəsi əsasında Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2015-ci ilin sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələrinə dair konfransda deyib.
Nərmin