Erməni silahlı birləşmələrinin cəbhədə atəşkəsi pozması nəticəsində 2 düşmən əsgəri məhv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “NEWS.am” saytı hərbi mənbələrə istinadən xəbər yayıb.
Saytın məlumatına görə, cəbhədəki gərgin döyüş zamanı Aqasi Qriqoryan (1996-cı il təvəllüdlü) və Ruben Aleksenyan (1996-cı il təvəllüdlü) ordumuzun əsgərləri tərəfindən məhv edilib.
Erməni saytının digər məlumatına görə, dekabrın 17-də daha bir əsgər – müddətdən artıq xidmət edən Qor Oqanyan müəmmalı şəkildə öldürülüb. Lakin onun hansı şəraitdə ölməsi haqda ətraflı məlumat verilmir.