Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahraman Azərbaycana səfərə gəlib.
"Report" xəbər verir ki, TBMM sədrini Milli Məclisin sədr müavini Valeh Ələsgərov, ölkənin Türkiyədəki səfiri Faiq Bağırov, həmçinin Türkiyənin bu ölkədəki səfiri İsmayıl Alper Coşqun və digər rəsmi şəxslər qarşılayıb.
Qarşılanma mərasimindən sonra qonaqların ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri xiyabana, ardınca Şəhidlər Xiyabanı və "Türk Şəhidliyi" abidə kompleksinə getməsi planlaşdırılır.
Xatırladaq ki, səfər çərçivəsində İ.Kahramanın bir sıra görüşləri nəzərdə tutulub.
Görüşlərdə iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə ediləcək.