24 Dekabr 2015 10:47
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Seyid Ocaqlarının təmsilçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli vasitəsilə yayılan təbrik məktubunda deyilir:

"Hörmətli Prezident! Sizi doğum gününüz münasibətilə təmsil etdiyim Əhli-Beyt təmsilçiləri olan və daima dövlətin mühafizə olunmasında öz səyini əsirgəməyən Qarabağ Seyid Ocaqları adından səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.

Azərbaycanda İslamın mövcudluğundan indiyədək xalqımızın and və inam yerinə çevrilən Qarabağ Seyid Ocaqlarının nümayəndələri olaraq, Sizə dövlətçilik quruculuğunda və ölkəmizin ərazi bütövlüyü təminatı yolunda uğurlar diləyirik.

Ulu öndərin siyasi kursunun davamçısı olaraq Sizin rəhbərliyinizlə ölkəmizdə siyasi və sosial sabitlik hökm sürməkdədir. Azərbaycanın yerləşdiyi regionu, eləcə də indiki geosiyasi amilləri nəzərə alsaq indi ölkəmizdə əmin-amanlıq hökm sürur. Ölkənin sosial və iqtisadi baxımdan güclənməsi yolunda, xüsusilə daxili sabitliyin qorunmasındakı əməli fəaliyyətinizdə Sizə aləmlərin rəbbi olan Uca Yaradandan güc və qüvvət diləyirik.

Hörmətli, Prezident! Ölkəmizdə milli-mənəvi dəyərlərin mühafizəsində, tolerantlığın qorunmasında və təbliğində əməli fəaliyyətiniz inanclı insanlara xöşbəxtlik nəsib edir. Milli-mənəvi tarixi abidələrin bərpa olunması, yeni məscidlərin inşa edilməsi ölkə müsəlmanları tərəfindən təqdir edilir. Qafqazın ən böyük dini abidəsi Heydər məscidinin tikilərək müsəlmanların istifadəsinə verilməsi həqiqətən Sizin milli–mənəvi dəyərlərin həqiqi təəssübkeşi olduğunuzu bir daha sübut etmiş olur.

Hörmətli cənab Prezident! Doğum gününüzün İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s.ə.s) mövludu həftəsinə təsadüf etməsi Uca Yaradanın Sizə lütfüdür.

Belə bir gündə Uca Allahdan Sizə və ailənizə sağlam və uzun ömür diləyirəm! Uca Yaradan daim Sizinlə olsun. Amin!


Müəllif: