UNEC-də alt qruplarda ödəniş ləğv edilib.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015/2016-cı tədris ilinin qış imtahan sesiyasının yekunu da nəzərə alınmaqla, akademik borcu olan tələbələr alt qruplara yazıldığı zaman götürdükləri kreditə görə nəzərdə tutulan təhsil haqqından azad edilib.
Universitetdən verilən məlumata görə, qərar UNEC-in Elmi Şurasının iclasında qəbul edilib.
Qərara əsasən, vəsait universitetin daxili imkanları hesabına ödəniləcək.