4 Yanvar 2016 23:39
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iki yanğın hadisəsi baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzilin 1 otağında taxtadan ibarət divar şkafında geyim əşyaları 3 kv.m sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

Paytaxtın Nizami rayonunda isə çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 146 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 16 kv.m sahədə və eyvanında taxta konstruksiyadan ibarət şkaf 4 kv.m sahədə yanıb. Yüksək temperaturdan elektrik qızdırıcısı, plastik qapı və pəncərə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: