13 Yanvar 2016 09:03
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rusiyanın paytaxtı Moskvadan Azərbaycanın Lənkəran şəhərinə uçmalı olan "U6 2421" saylı təyyarə reysi pis hava şəraiti səbəbindən təxirə salınıb.

"Ural Airlines" aviaşirkətinə məxsus "Airbus A321" təyyarəsi Bakı vaxtı ilə 09:20-də Moskvadan uçmalı və 13:20-də Lənkəranda eniş etməli idi.

Moskva aeroportlarında qar və çovğun səbəbindən aviareyslərin yerinə yetirilməsi ilə bağlı yaranan vəziyyət mürəkkəb olaraq qalmaqdadır. Təxirə salınan reyslərin sayı əhəmiyyətli dərəcədə azalsa da, gecikən uçuşların sayı artmaqdadır.

"Domodedovo"da aerodrom ərazisinin qardan təmizlənməsinə 50 ədəd xüsusi texnika cəlb olunub. "Vnukovo" və "Şeremetyevo"da da vəziyyət demək olar ki, kritikdir./report.az


Müəllif: