25 Yanvar 2016 10:52
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş etmiş Air India aviaşirkətinə məxsus təyyarə bazar ertəsi səhər Mumbaya uçub.

Bu barədə Teleqraf.com-a "Azərbaycan Hava Yolları" QSC-dən bildiriblər.

London-Mumbay marşrutu üzrə uçan, göyərtəsində 229 sərnişin olan Boeing Dreamliner (B787-800) təyyarəsi sərnişinlərdən birinin halı pisləşdiyindən məcburi eniş etmişdi.


Müəllif: