2 Fevral 2016 22:51
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ilk dəfə dövlət dilinin informasiya bazası yaradılacaq. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli bu barədə bildirib.

Onun sözlərinə görə, bu baza “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən yaradılır: “Virtual məkanda Azərbaycan dili ilə bağlı məlumatlar digər dillərlə müqayisədə çox azdır. Buna görə də Azərbaycan dilinin qrammatikası ilə bağlı məlumatların, lüğətlərin, ümumilikdə dillə bağlı bütün elmi materialların bazaya yerləşdirilməsi, istənilən bir şəxsin, hətta xarici vətəndaşların da ondan istifadə edə bilməsi üçün imkanlarının yaradılması nəzərdə tutulur”.

Baba Məhərrəmli bildirib ki, informasiya bazasının yaradılması ilə bağlı layihə Prezident yanında Eımin İnkişafı Fonduna təqdim edilib və layihə hazırda ekspertiza mərhələsindədir.

SEVİL


Müəllif:

Oxşar xəbərlər