10 Fevral 2016 21:55
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 9-da Respublika Təhsil Nazirliyinin “Elmdən təhsilə” adlı məqsədli proqramına uyğun olaraq AMEA Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Bakı şəhər 160 saylı klassik gimnaziyada 9-10-cu sinif şagirdləri üçün yüksək səviyyədə dərs tədris edib.

Respublika Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə adı çəkilən təşkilatların, kütləvi informasiya vasitələrinin nümayəndələri, Coğrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, gimnaziyanın direktoru Faina Ələkbərova və coğrafiya müəllimləri iştirak ediblər.

“Coğrafiya – müşahidədən fundamental elmə və tətbiqə” mövzusunda geniş məruzə ilə çıxış edən akademik Ramiz Məmmədov coğrafiya elminin əhəmiyyətindən, cəmiyyətdəki rolundan, müasir dövrdə tutduğu mövqeyindən, eləcə də onun tədqiqat obyektləri, istiqamətləri, funksiyaları və s. haqqında iştirakçılara dolğun məlumat verib. Ömrünün böyük hissəsini Xəzərin tədqiqinə həsr edən alim məruzəsində “İqlim dəyişkənlikləri fonunda Xəzər dənizinin problemləri” mövzusuna da xüsusi yer ayırıb. O həmçinin bir sıra qlobal xəritələrin müəllifi, AMEA-nın müxbir üzvü Elbrus Əlizadənin fəaliyyətini də xüsusi qeyd edib.

SEVİL


Müəllif:

Oxşar xəbərlər