Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gəncləri arasında Dövlət Rəmzlərinin Təbliği” adlı layihə həyata keçirilir.
Layihənin rəhbəri Həsənov Rəşad Nəriman oğlu bildirib ki, Şəki şəhərinin şəhər 10 nömrəli tam orta məktəbində və Şəki şəhər Fizika, Riyaziyyat və Humanitar Təmayüllü liseyində 9,10,11-ci sinif şagirdləri arasında təlimlər keçirilib.
Layihənin əsas məqsədi regionlarımızda yaşayan gənclərə dövlət rəmzlərini təbliğ etmək, tanıtmaq, dərindən məlumatlandırmaq və dövlətimizin bu istiqamətdə işinə dəstək olmaqdır. Regionlarda təşkil olunan təlimlərdə dövlət rəmzləri olan bayraq, gerb, himn haqqında ətraflı məlumatlar verilib. Təlimdən sonra təlimin
effektiv və yaddaqalan olması üçün gənclərə təlimdə danışdıqlarımızı əhatə edən test tapşırıqları verilib, cavablar yoxlanılıb, diskursiya aparılıb və baryaq, kitabça və dəftərxana ləvazimatları paylanılıb.