16 Fevral 2016 16:29
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirerin müqavilə müddəti bu il başa çatır. O, həm də ailə vəziyyətilə bağlı olaraq ölkəmizi tərk edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Riçard Şirer bildirib. Onun sözlərinə görə, Azərbaycandan getmə səbəbi iqtisadi çətinliklərlə bağlı deyil: "Ötən il baba oldum və Britaniyada yaşayan ailəm məni yanına çağırır".

O, şirkətin maliyyə durumundan da danışıb: "Rəqiblərimizlə müqayisədə biz hazırki situasiyadan daha üzüağ çıxırıq. Müştərilər azalmır bəzi müştərilərin xərcləri azalır. Əlavə yükləmələrin sayı azalıb".

Riçard Şirerin sözlərinə görə, insanlar bir-biri ilə ünsiyyətdə sms-ə üstünlük vermirlər: "Demək olar ki, sms-lər seqment kimi yox olub".


Müəllif: