23 Fevral 2016 09:52
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğunun təşəbbüsü ilə Acarıstan Muxtar Respublikasının nüfuzlu “Adjara P.S.”qəzetində Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı xüsusi buraxılış dərc edilib.


Teleqraf.com-un məlumatına görə, xüsusi buraxılışda Baş konsul Rəşad İsmayılovun Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı məqaləsi dərc olunub. Məqalədə qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət qəddarlığına görə analoqu olmayan hadisələrdəndir. Azərbaycana qarşı təcavüzkar siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni ekstremistlərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.

Xüsusi buraxılışda həmçinin, Baş konsulluq tərəfindən gürcü dilində tərcümə olunub, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" ("Justice for Khojaly") beynəlxalq təşviqat kampaniyası çərçivəsində, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə, “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” (“Khojaly Witness of a war crime – Armenia in the Dock”) kitab haqqında da geniş məlumat verilib.


Müəllif:

Oxşar xəbərlər