25 Fevral 2016 18:11
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzən magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, fevralın 26-da saat 10:00-dan 12:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Qusar”, saat 14:00-dan 16:00-dək isə “Xaçmaz” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işləri aparılan müddətdə Qusar rayonunun və Xaçmaz şəhərinin qaz təchizatında məhdudiyyətlər olacaq.


Müəllif: