29 Fevral 2016 17:22
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Trabzonda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları və törətdiyi soyqırımlarla bağlı konfrans keçirib.

Avrasiya Universitetində keçirilən konfransda millət vəkili Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı çıxış edərək bildirib ki, Xocalıda qətlə yetirilənlərin siması 24 ildir ki, göz önündən getmir: "Biz heç zaman insanların öldürülməsinə tərəfdar olan cəmiyyət, millət olmadıq, amma “Şarlı Hebdo” üçün yürüş edən qərb liderləri, yüzlərlə insan Ermənistan əsgərləri tərəfindən qətl edilərkən niyə yürüş geçirmədilər? Niyə səslərini heç eşitmədik? Ölənlər hansı millətdən olursa-olsun əvvəlcə insandı. Biz hələ də o səsləri eşitmirik! Bu insanlığa utancıdır! Biz sadəcə ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırımə törədən cinayətkarlar Ermənistanda önəmli vəzifələrdədirlər. Törətdikləri cinayətə görə hələ də ədalət qarşısında cavab verməyiblər. İnsan haqları deyərək bar-bar bağıran təşkilatlar, dövlətlər 1 milyon insanın hüquqlarının Ermənsitan tərəfindən pozulmasına səs çıxartmırlar! ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiya da bu istiqamətdə heç bir addım atmırlar. Xocalı soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə ləkə vurmaq istəyirlər".

Q.Paşayeva qeyd edib ki, qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı çirkin kampaniya aparılır: "Mən belə bir şeyi həzm etmərəm, babalarıma da belə bir ləkə vurulmasını əsla qəbul etmərəm və biz hamımız bu yalanlara qarşı birgə mübarizə aparmalıyıq. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdır.

Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirib: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır.”

Q.Paşayeva türk gəncliyini qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib. “İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, – millət vəkili qeyd edib.

Tədbirin sonunda Q. Paşayevaya Avrasiya Universiteti Mütevelli Heyət başqanı və Universitetin rektoru Aşkın Asan tərəfindən plakatlar təqdim olunub. Millət vəkili Q. Paşayeva da universitet rəhbərliyinə Azərbaycan tarixi, həqiqətləri ilə bağlı materialları, həmmüəllifi olduğu “Qarabağ hekayələri” kitabını hədiyyə edib.

Konfrans müzakirələrlə davam etdirilib.


Müəllif:

Oxşar xəbərlər