12 İyun 2014 18:09
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Diplomatik Akademiyası ilə “Təmiz Şəhər” ASC-nin “İkinci həyat” aksiyası çərçivəsində universitetin tələbələri köhnə geyimlərini ehtiyacı olan gənclərə bağışlayıblar.

“Təmiz Şəhər” ASC-dən Teleqraf.com-a verilən məlumata görə, ötən ay başlayan layihəyə əsasən, tələbələr özlərinə lazım olmayan əşya və geyimlərini “Təmiz Şəhər”in universitet binasında təşkil etdiyi qəbul nöqtələrinə təhvil verirlər. Bununla aksiya təşkilatçıları həmin əşya və geyimlərin tullantıya çevrilməsinin qarşısını alaraq, onların təkrar istifadəsinə şərait yaradırlar.

“İkinci həyat” layihəsinin məqsədi həm ehtiyacı olanlara dəstək olmaq, həm tələbələrə sosial məsuliyyət duyğusunu aşılamaq, həm də tullantıların azaldılmasını təbliğ etməkdir.

Tullantıların müasir idarə edilməsi və çeşidlənmiş şəkildə toplanması ilə bağlı “Təmiz Şəhər” ASC və ADA Universiteti ötən ildən etibarən əməkdaşlığa başlayıb. Tələbə və müəllim heyəti, o cümlədən universitetin qonaqları tullantıları universitetin ərazisində və tədris binalarında quraşdırılmış 3 növ tullantı üzrə çeşidləyərək ayrı-ayrı qablara atırlar.

Plastik, şüşə və kağız-karton tullantıları təkrar istifadə üçün emal olunur, qarışıq tullantılar isə yandırılaraq tullantılardan enerji hasil edilir.

NİGAR


Müəllif: