Prezident İlham Əliyev Cavanşir Əşrəf oğlu Axundovun Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi barədə sərəncam imzalayıb.
Teleqraf.com-un xəbərinə görə, Prezidentin digər sərəncamı ilə C.Axundov Azərbaycanın İrandakı səfiri və eyni zamanda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.