Aprelin 4-5 tarixində Beynəlxalq mütəxəssislərin iştirakı ilə onkologiya üzrə ginekoloqların I Bakı forumu keçiriləcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, “Uşaqlıq boynu patologiyaların müalicəsində yeni texnologiyalar” mövzusunda təşkil olunacaq Forum Milli
Onkologiya Mərkəzinin böyük konfrans zalında saat 14:30- da baş tutacaq.
Forumda onkoginekologiyanın actual problemlərinə aid mövzular üzrə tanınmış alim və professorların məruzələri dinləniləcək, kolposkopiya və fiziocərrahiyyə müalicə üsulları üzrə master-klasslar keciriləcək.
Naibə QURBANOVA