11 Aprel 2016 22:54
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Hava Yolları” QSC (AZAL) mayın 15-dən etibarən Gəncədən Naxçıvana müntəzəm reyslərə başlaması barədə elan edir. AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Gəncə-Naxçıvan-Gəncə marşrutu üzrə birbaşa uçuşlar həftədə 4 dəfə - bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək.

Gəncə Beynəlxalq hava limanından uçuş saat 12:55-də, Naxçıvan beynəlxalq hava limanına eniş saat 14:25-də, Naxçıvandan uçuş saat 15:05-də, Gəncə beynəlxalq hava limanına eniş isə saat 16:40-da həyata keçiriləcək. Uçuş müddəti 1,5 saat təşkil edir ki, bu da uçuşun münaqişə zonasından yan keçməklə təhlükəsiz ərazilər üzərindən həyata keçirilməsi ilə bağlıdır.

Ölkədaxili sərnişin daşımalarının qiymətini tənzimləyən Azərbaycan Respublikasının Tarif Şurası bu marşrut üzrə bir tərəfə aviabiletin qiymətini 60 manat məbləğində təyin edib.

Aviareyslər komfortlu “Embraer E-190” laynerləri ilə həyata keçiriləcək. Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkün olacaq.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər