Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 07-16 aprel 2016-cı il tarixlərində cəbhəboyu rayonlarda 136 ədəd partlamamış hərbi sursat aşkar olunaraq, zərərsizləşdirilmişdır. Bu barədə ANAMA-dan Trend-ə daxil olan hesabatda deyilir.
Aprelin 16-də Agentlik tərəfindən Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında aşkar olunan PHS-lər haqqında hesabat aşağıdakı kimidir:
Tərtər rayonu
Qapanlı kəndi - 4 ev və həyətyani sahələrdə 6 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd 122 mm top mərmisi aşkar edilib.
Qaradaglı kəndi - 4 ev və həyətyani sahələrdə 4 partlayış yerinə baxış keçirilib.
Goranboy rayonu
Tapqaraqoyunlu kəndi - 4 ev və həyətyanı sahələrdə 4 partlayış yerinə baxış keçirilib.
Füzuli rayonu
Horadiz şəhəri - şəhər və ətrafında 14 partlayış yerinə baxış keçirilib.
Tovuz rayonu
Qədirli kəndi - 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 84 ədəd 100 mm-lik partlamamış top mərmisi aşkar edilərək, götürülüb. (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tovuz rayon polis şöbəsinin 15 aprel 2016-cı il tarixli 2108 nömrəli məktubuna əsasən).
Aprelin 16-da Agentlik tərəfindən 13 ev, 28 partlayış yeri və 85 partlamamış sursat aşkar edilərək götürülüb.
Ümumilikdə, ANAMA tərəfindən 07-16 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 260 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahələrinə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi baxış kecirilmiş, 136 ədəd partlamamış hərbi sursat aşkar olunaraq, zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış minaaxtaran itlərin dəstəyi ilə xüsusi təyinatlı mobil cevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.