17 Aprel 2016 15:21
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni tərəfi həmişə olduğu kimi yenə də əldə edilmiş razılaşmaları pozur, beynəlxalq vasitəçilərin təşəbbüsünü saymır və əvvəlcədən cəzasızlığını bilərək özünə sərf edən şəkildə davranmağa davam etməklə, gərginliyin artması istqamətində açıq-aydın addımlar atdığını nümayişkaryanə göstərir.

Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan hərbi qulluqçusunun meyitinin geri qaytarılmasına ermənilərin əvvəlcədən razılıq verməsinə baxmayaraq sonradan bu məsələyə rədd cavabı verməsi, cəbhənin hər iki tərəfindəki vasitəçiləri sözün əsl mənasında şoka salıb.

Təəssüf doğuran bir məsələ də odur ki, bu poseslərdə iştirak edən vasitəçilər də ermənilərin bu addımlarına prinsipial yanaşmır, onlara qarşı sərt tədbirlər görməyə, hərəkətlərinə qiymət verməyə və münasibət bildirməyə tələsmirlər. Bu, həm də sülhməramlı missiyanı yerinə yetirməklə bütün dünyada ad çıxarmış Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT kimi beynəlxalq təşkilatların imicinə zərbə vurulması və işgüzar nüfuzuna xələl gətirilməsi deməkdir.

Eyni zamanda döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin çıxarılması zamanı vasitəçilərin heç bir foto-video çəkilişlərin aparılmaması barədə dəfələrlə xəbərdarlığına məhəl qoymayan ermənilər yenə də gizli şəkildə bunu həyata keçiriblər. Hələ bu azmış kimi, həmin videokadrlar sosial şəbəkələrə yerləşdirilərək yayımlanıb. Yalnız Azərbaycan tərəfinin beynəlxalq vasitəçilərə israrlı etirazından sonra videokdrların çıxarılmasına nail olunub. Mənəvi cəhətdən deqradasiyaya uğrayan ermənilər hətta insan ölümündən, faciədən də öz maraqları üçün hər zaman olduğu kimi istifadə etməyə çalışır, çirkin vasitələrə əl atımaqdan belə çəkinmirlər.

Digər bir məqam isə beynəlxalq vasitəçilərin müraciətinə anlayışla yanaşan Azərbaycan tərəfinin, ermənilərin öz meyitlərini axtararaq çıxarmaları üçün onlara ideal şəraitin yaradılması məsələsidir. Ancaq buna baxmayaraq, hər cür şəraitin yaradılmasına rəğmən, tərəfimizdən müşahidə edilmişdir ki, düşmən tərəfi döyüşdə ölən əsgər və zabitlərinin cəsədlərinin toplanmasında heç də fəallıq göstərmir, bu məsləyə biganə, laqeyd yanaşır, hərbi qulluqçuların nəşinin valideyinlərinə çatdırılmasında maraqlı olmadıqlarını sübut edirlər. Ehtimal ki, hələ də döyüş meydanında qalan erməni meyitləri Dağlıq Qarabağdan hərbi xidmətə çağırılmış və ya dünyanın digər qaynar nöqtələrindən könüllü adı ilə cəlb edilmiş terroçuların cəsədləridir.


Müəllif:

Oxşar xəbərlər