Azərbaycanda bir qisim əmək fəaliyyətinə cəlb edilən əcnəbilər 5 il müddətinə məcburi dövlət sığortasından azad edilir.
Teleqraf.com xəbər verir ki, bu, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb.
Qeyd edək ki, sözügedən qanunun 12-ci maddəsinə edilən əlavə və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən əcnəbilər 2016-cı il mayın 1-dən 5 il müddətinə məcburi dövlət sığortasından azad edilir.
Qısa müzakirələrdən sonra layihə MM-in plenar iclasına tövsiyə olunub.
Nemət