20 Aprel 2016 23:25
1 991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın sabiq prezidenti Bronislav Komorovski cərşənbə axşamı azərbaycanlı jurnalist Şövqi Vaqifoğlunun Polşadakı restoranında qonaq olub.

Musavat.com-un məlumatına görə, bu barədə Şövqi Vaqifoğlu öz Feysbuk profilində məlumat verib və fotolar paylaşıb.

Qeyd edək ki, jurnalistin bir müddət öncə Varşavada açdığı “Xəzər” adlı restoranda Şərq mətbəxinin nəfis yeməkləri qonaqlara təqdim olunur.

Polşanın sabiq prezidenti ilə görüşüb onu restoranına dəvət edən azərbaycanlı jurnalist eks prezidenti Şərq yeməklərinə qonaq edib.

"Xəzər" (Hazar) restoranında qonaq olan sabiq prezident Şərq yeməklərini və Şərq qonaqpərvərliyini yüksək qiymətləndirib. Bronislav Komorovski restoranın interyerini və xidmətini çox bəyəndiyini bildirib.

Şövqi Vaqifoğlu uzun müddət Azərbaycan mətbuatında çalışıb. Hazırda Polşada yaşayır.


Müəllif:

Oxşar xəbərlər