Ermənistan ordusundakı intizamsızlıq iki əsgərin ölümünə səbəb olub.
Teleqraf.com erməni saytına istinadən xəbər verir ki, ilk hadisə zamanı əsgərlərdən biri digərinə əlindəki avtomatdan atəş açıb. Hadisənin dəqiq səbəbləri məlum deyil. İlkin ehtimallara görə, sıravi Spartak Kalaşyan əsgər yoldaşı Bareyanı ehtiyatsızlıqdan güllələyib.
Digər hadisə vaxtı isə "UAZ" markalı avtomobilin sürücüsü, sıravi Karen Aqabekyan əsgər yoldaşı P.Eqoryanı güllələyib. Güllə P.Eqoryanın ürəyinə dəyib.
Hər iki əsgər artıq həbs edilib.
Samir