Azərbaycanda baş tutan toyda bəy ordumuza dəstək jesti nümayiş etdirib.
Milli.Az xəbər verir ki, 2016-cı il aprelin 29-da Şəki rayonu Oxud kənd sakini Sərxan Məmmədovun toyunda maraqlı anlar yaşanıb.
Belə ki, toylarda adətən yeni evlənənlərə qohum-əqrəba və ya dost-tanış tərəfindən sürpriz olaraq fərqli ssenarilər əsasında müxtəlif videoçarxlar hazırlanır və həmin videolarda bəy-gəlinə müxtəlif formalarda təbriklər ünvanlanır.
Lakin Şəkidə baş tutan toy mərasimində nümayiş etdirilən videoçarx tam fərqli məzmunda olub. Belə ki, restoranlardan birində baş tutan toy məclisində hərbcilərimizə dəstək məqsədilə, bəy və ailəsi tərəfindən qonaqlara Məhəmmədhüseyn Şəhriyarın "Azərbaycan" şeirinə bəstələnmiş mahnının sədaları altında şanlı ordumuzun görüntüləri təqdim olunub.