Mayın 11-də Londonda fəaliyyət göstərən Azərbaycan evinin təşkilatçılığı ilə Amerika Muğam Cəmiyyətinin rəhbəri Jefferi Verbokun muğam konserti keçiriləcək.
40 ildən artıqdır ki, muğam sənəti ilə məşğul olan amerikalı J.Verbok əfsanəvi Azərbaycan musiqisinin ABŞ və Avropada təbliğatı sahəsində də bir sıra işlər görüb.
J.Verbokun London konsertində tar, kamança və ud kimi Azərbaycan milli musiqi alətlərində muğam və digər milli musiqilərimiz ifa olunacaq.