26 May 2016 10:01
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

25 may 2016-cı ildə Qadın Problemlərinin Tədqiqatları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Hamiləliyin süni şəkildə pozulmasının qarşısının alınması üçün maarifləndirmə işlərinin təşkili” layihəsi çərçivəsində ilk tədbirini keçirib.

Maarifləndirmə tədbiri Zaqatala Mərkəzi Rayon Xəstəxanasında təşkil edilib. Tədbirdə Tibb işçiləri, Ailə, Qadın, Uşaq Hüquqları üzrə Dövlət Komitəsinin əməkdaşları, təhsil işçiləri və işləməyən şəxslər, o cümlədən gənc qızlar və yeni ailə qurmuş xanımlar iştirak ediblər. 30 nəfərdən artıq adamın iştirak etdiyi tədbir iki saatdan artıq davam edib.

Tədbiri giriş sözü ilə açan təşkilatın rəhbəri Sevil Allahverdiyeva layihə və onun aktuallığı barəsində danışdıqdan sonra sözü tədbirin məruzəçisi Mehriban Vəzirə verib. M.Vəzir ümümiyyətlə qadınların cinsi münasibətdə həmişə ikinci planda olduğu və hətta nəhayətdə texnologiyanın da onları məhv etdiyini bildirdi. Ümumiyyətlə məruzəçi bu problemin daha çox ictimai, sosial tərəflərindən danışdı. Ayrı-ayrı ölkələrdə qız dölün abort edilməsini və birinci, ikinci, üçüncü hamiləlikdə bunun daha çox üzə çıxmasını statistika ilə qeyd etdi.

Tədbir olduqca interaktiv və xüsusi fəallıqla keçdi. Daha sonra layihənin sosioloqu Rafiq Təmrazov cəmiyyətdə kişi qadın münasibətləri və qadınların cəmiyyətdə daha çox ikinci insan olmasının sosial tərəflərindən danışdı. Qeyd olundu ki, istər məişət, istər təhsil, istərsə də hüquqların tələb edilməsi baxımından qadınlar həmişə əzildiklərinə görə məhz valideynlər oğlan övladına üstünlük verirlər.

Qarşılıqlı diskussiya şəklində keçən tədbirdə həm də hamiləliyin süni dayandırılmasının fəsadları barəsində söhbət açıldı. Tədbir iştirakçıları da regionda baş verənlər, bu tendensiyayla bağlı mövcud vəziyyətdən danışdılar. Xüsusi olaraq Zaqatala regionunda dini radikalizmin gclənməsi və qadınların bundan əziyyət çəkməsi qeyd olundu. Tədbirin sonunda Ailə, Qadın və Uşaq Hüquqları üzrə Dövlət Komitəsinin sədri Cövhər xanım da mövzu barəsində öz rəylərini bölüşdü və Komitənin bu yöndə apardığı işlərdən danışdı.


Müəllif:

Oxşar xəbərlər