8 İyun 2016 17:43
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə regional direktoru Karl Kulessa ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə Dövlət Statistika Komitəsi ilə BMT-nin Əhali Fondu arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

İki tərəfli görüşdə çıxış edən Komitə sədri Tahir Budaqov ölkədə demoqrafik vəziyyətin və əhalinin orta illik artım göstəricilərinin yaxşılaşmasına və müsbət miqrasiya saldosuna, eləcə də əhali sahəsində digər göstəricilərin müsbət tendensiyasına nail olunduğunu diqqətə çatdırıb.

BMT-nin Əhali Fondunun regional direktoru Karl Kulessa Azərbaycanda demoqrafiya və əhali sakinliyi sahəsində müsbət meyllərin nəzərə çarpdığını bildirib. Qəbul olunması nəzərdə tutulan yeni Dövlət Proqramının bu sahədə mühüm rol oynayacağını qeyd edib. UNFPA öz fəaliyyətlərində əhəmiyyətli nailiyyətlər əldə etmiş Dövlət Statistika Komitəsini yüksək qiymətləndirir və uzun müddətdir ki, onu beynəlxalq səviyyədə qəbul olunan üsullardan istifadə edərək məlumatların toplanması və təhlilində bacarıqlı və peşəkar tərəfdaş kimi tanıyır.

Bildirilib ki, Dövlət Statistika Komitəsi 2016-2020-ci illərdə ölkə üzrə IV proqramın yerinə yetirilməsi ilə bağlı UNFPA-nın əsas tərəfdaşlarından biridir.UNFPA-nın strateji layihə işlərindən biri də əhali dinamikası üzrə siyasətin inkişafı üçün cins, yaş və regionlar üzrə mövcud və əlverişli məlumatların toplanması, təhlili, yayımlanması və istifadəsi üçün milli institusional bacarıqlarının daha da gücləndirilməsində Azərbaycan Respublikası hökumətinə dəstəkdən ibarətdir. Bu sahədə əsas fəaliyyət istiqamətlərinə məlumatların toplanması, dərin təhlili və tədqiqatı, potensialın artırılması daxildir. Hazırda UNFPA Dövlət Statistika Komitəsi üçün SAS proqram təminatının təqdim olunması üzrə təşəbbüs irəli sürmək niyyətindədir. Əhalinin təbii hərəkəti və miqrasiyasına xüsusi diqqət yetirməklə SAS proqram təminatının tətbiq edilməsinə dair potensialın artırılması üzrə treninqin 2016-cı ilin 11-15 iyul tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulub.


Müəllif:

Oxşar xəbərlər