Bakının Sabunçu rayonunda Türkiyə vətəndaşı döyülüb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun B.Bünyətov küçəsi, 11 ünvanın qarşısında baş verib.
Həmin ünvanda Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Zaur Əliyev və Türkiyə vətəndaşı, 1986-cı il təvəllüdlü Mətyəmoğlu Aycan Şaban arasında mübahisə yaranıb. Mübahisə zamanı onlar bir-birlərini döyüblər. Hadisə zamanı Türkiyə vətəndaşının xəsarət aldığı bildirilir.
Hadisədən sonra hər iki şəxs Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə ərizə ilə müraciət ediblər.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov