Tovuz rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Məlumata görə, iyunun 19-da, axşam saatlarında Aşağı Quşçu kəndinin yaxınlığında kolluqdan qadın meyiti tapılıb. Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Məlum olub ki, meyiti tapılan kənd sakini, 1999-cu il təvəllüdlü Günay Gülməmmədovadır. Onun bıçaqlanaraq öldürüldüyü bildirilir.
Məlumata görə, Günay Gülməmmədovanın sevdiyi oğlan olub. Amma qızın hansı səbəbdən, kim tərəfindən qətlə yetirildiyi məlum deyil. Hazırda əməliyyat tədbirləri görülür.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov