Yasamalda yanğın hadisəsi qeydə alınıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində 1 otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 00:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.