Sumqayıt şəhərində ağır yol qəzası baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sülh küçəsində qeydə alınıb.
Ramil Tahirovun idarə etdiyi şəxsi “Hyundai” və Şəmsəddin Nəcəfovun 3 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtomobillər toqquşub.
Nəticədə R.Tahirov və sərnişinlərindən 30-35 yaşlı qadın hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov