Bakının Suraxanı rayonunda evdən külli miqdarda pul oğurlanıb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Cahangir Əliyevin evindən 70 min ABŞ dolları, 30 min manat dəyərində qızıl əşya və sənəd oğurlamış Gürcüstan vətəndaşları Aqil Kərimov və Daşdəmir İsayev Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşları tərəfindən tutulublar.
Hacı Zeynalov