Bakının Xətai rayonunda orta məktəbin zirzəmisindən xeyli miqdarda silah aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, iyulun 12-də Xətai rayonundakı 261 saylı məktəbin direktoru məktəbin zirzəmisində təmir işləri aparılarkən silah və sursat tapılması barədə Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinə müraciət edib.
Hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən oradan 1 ədəd alışqansız “F-1” qumbarası, 1 ədəd alışqanlı “RQD-5” qumbarası, 481 ədəd patron, 270 qram barıt, 1 ədəd patron darağı və 1 ədəd “Viola-M” rabitə qurğusu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov