24 İyun 2014 12:31
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, əməliyyatı Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşlarının keçirib.

Keçirilən əməliyyat nəticəsində, R.Rüstəmov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Qabil Məhərrəmovun evindən 13 kiloqramdan artıq marixuana aşkar edilib.

Faktla bağlı cinayət işi başlayıb.

Hacı Zeynalov


Müəllif: