21 İyul 2016 17:05
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayət Məhkəməsində oğurluqda təqsirləndirilən Pərviz Əliyev, Ramin Məhərrəmov, Əli Əhmədov və Müşfiq Hadıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, onlar Binəqədi rayonunda yerləşən “Renesans İnşaat MTK”nın ofisinə qanunsuz daxil olaraq, oradan içərisində 450 min ABŞ dolları pul olan dəmir seyfi gizli yolla talayıblar.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Pərviz Əliyev, Ramin Məhərrəmov, Əli Əhmədov və Müşfiq Hadıyev saxlanılıb.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Pərviz Əliyev və Əli Əhmədovun hər biri 13 il 6 ay, Ramin Məhərrəmov və Müşfiq Hadıyevin isə hər biri 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: