Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə 20 Yanvar metro stansiyası yaxınlığında qeydə alınıb.
Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Qismət Soltanov tanıdığı şəxs tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov