Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə “2-ci mədən” adlanan ərazidə qeydə alınıb.
Həmin ərazidə yaşayan 35 yaşlı Tural Qasımov bıçaqlanıb. O, qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib.
Tural Qasımov hadisədən əvvəl intihar etmək məqsədilə hündürlükdən tullanıb. Bu zaman Turalın hər iki ayağı sınıb. İlkin ifadəsində Tural Qasımov özü-özünü bıçaqladığını bildirib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov