31 İyul 2016 23:18
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayonunda mağazadan oğurluq edilib. Teleqraf.com xəbər verir ki, hadisə rayon ərazisində yerləşən “Brend” kişi geyimləri mağazasında qeydə alınıb.

Beyləqan rayon sakini Fəxrəddin Qədirova məxsus “Brend” kişi geyimləri mağazasının giriş qapısını sindıraraq dəyəri 1470 manat olan müxtəlif növ kişi geyimlərini oğurlanıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Beyləqan rayon sakini, 1988-ci il təvəllüdlü Rövşən Paşayev həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: