Salyanda 33 yaşlı Gülnar Qurbanovanın qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub. Teleqraf.com xəbər verir ki, qətli törədən Gülnar Qurbanovanın atası Eldar Qurbanov 17 il həbsxana həyatı yaşayıb.
Məlumata görə, bir neçə il əvvəl azadlığa çıxan Eldar Qurbanov qızının narkotik vasitələrin istifadəçisi olduğu, həmçinin də yüngül həyat tərzi keçirdiyini bilib. Bu səbəbdən Eldar Qurbanovla qızı arasında mübahisə yaranıb. Bir il əvvəl həbsdən çıxan atasının sözünü qulaqardına vuran Gülnar Qurbanova öz əməllərini davam etdirib.
Bundan sonra Eldar Qurbanov qızını öldürmək qərarına gəlib. Avqustun 21-də Eldar Qurbanov ayrı yaşayan qızı Gülnar Qurbanovanın mənzilinə gəlib. O, qızı ilə yenidən eyni mövzuda mübahisə edib.
Bu zaman Gülnar Qurbanova atasını təhqir edib. Qızının hərəkətlərinə dözməyən Eldar Qurbanov onu boğaraq öldürüb.
Salyan rayon Prokurorluğunda şübhəli şəxs qismində dindirilən Eldar Qurbanov törətdiyi əməli etiraf edib.
11.30
Salyan şəhərində bir neçə gün əvvəl baş verən dəhşətli qətlin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, avqustun 21-də şəhərin Təbriz Xəlilbəyli küçəsində yerləşən evində meyiti tapılan 33 yaşlı Gülnar Qurbanovanın atası tərəfindən qətlə yetirildiyi məlum olub.
Eldar Qurbanov polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, qızını boğaraq öldürüb.
İlkin məlumata görə, Eldar Qurbanov qızını qısqanclıq zəminində qətlə yetirib.
Faktla bağlı Salyan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov