26 Avqust 2016 10:04
1 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Abdulabad kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Gülgəz Moqilova yaşadığı evdə özünü asaraq ölüb. Onun asılmış meyitini ailə üzvləri aşkar edib.

Gülgəz Moqilova 3 il əvvəl ailə qurub və iki övladı olub. Onun ailəsində problemlər olduğu və bu səbəbdən intihar etdiyi bildirilir.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər