27 Avqust 2016 09:04
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lisenziyası ləğv olunmuş “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidov xəstəliyi ilə əlaqədar azadlığa buraxılması barədə məhkəmə qərarından apelyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, şikayət hakim İlqar Murquzovun icraatına verilib. İlkin baxış iclası sentyabrın 1-nə təyin olunub.

Qeyd edək ki, Qaradağ rayon məhkəməsində Elnur Seyidovun xəstəliyi ilə əlaqədar azadlığa buraxılması ilə bağlı müraciətinə baxılarkən bir müddət əvvəl bununla bağlı tibbi ekspertiza təyin olunduğu açıqlanıb. Ekspertizanın nəticələrinə əsasən Elnur .Seyidovun səhhətinin cəzasını cəzaçəkmə müəssisəsində çəkməsində imkan verdiyi açıqlanıb.

Məhkəmə onun müraciətini təmin etməyib. Bundan sonra Elnur Seyidov apelyasiya şikayəti verib.

Elnur Seyidov Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələrlə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Seyidov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Elnur Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər