27 İyun 2014 14:10
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 50 cinayət faktı qeydə alınmış, onların da 29-u “isti izlər”lə açılıb.


Teleqraf.com
DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 17 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 26 nəfər tutulub.


Müəllif: