Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Zaur Nəsrullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Zaur Nəsrullayev 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 1975-ci il təvəllüdlü Zaur Nəsrullayevin üzərindən kustar üsulla hazırlanmış 1600 qram narkotik vasitə aşkarlanıb.
Zaur Nəsrullayevin ödənilməmiş məhkumluğu qalıb.
Belə ki, o, 2008-ci ildə Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilib.
2014-cü ildə Nizami rayon məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb. Yenidən eyni əmələ görə, 2015-ci ildə həbs edilib.
Hacı Zeynalov