1 Sentyabr 2016 09:25
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, rayonun Cinli Boluslu kəndində vətəndaşa məxsus ümumi sahəsi 102 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 52 m² sahədə və damına yığılmış 4 ton ot bağlamasının 2 tonu yanıb.

Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: