1 Sentyabr 2016 16:09
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Sahib Ağayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Sahib Ağayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sahib Ağayev Bakıda bir neçə nəfərin etimadını qazanaraq torpaq satmaq adı ilə onlardan xeyli miqdarda pul alıb. Amma vədinə əməl etməyərək dələduzluq edib. Zərərçəkənlərinin şikayəti əsasında Sahib Ağayev həbs edilib.

Sahib Ağayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Hacı Zeynalov


Müəllif: