7 Sentyabr 2016 17:44
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günün ikinci yarısında Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov, birliyin 16 əməkdaşı, həmçinin AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahlar Cəfərov ifadə verib.

Şahlar Cəfərov təqsirləndirilən şəxslərin, vəkillərin, hakimin və prokurorun suallarını cavablandırıb.

Proses sentyabrın 8-də davam edəcək.

***

13:35

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov, birliyin 16 əməkdaşı, həmçinin AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı Üzeyr Salahov ifadə verib.

Üzeyr Salahov bildirib ki, Nardaranda əməliyyat keçiriləcəyi ilə bağlı idarədə iclas olub. Onun sözlərinə görə, Nardaranda Fərahim Bünyatovu zərərsizləşdiriblər: "Həmin vaxt o, döş qəfəsindən və qarın nahiyəsindən zədə almışdı. Onu biz vurmamışıq".

Üzeyr Salahov qeyd edib ki, Nardaranda keçirilən əməliyyat zamanı zərər çəkib: "Hadisə zamanı mənəvi zərər görmüşəm. Əməliyyat zamanı atəşi birinci nardaranlılar başlayıb. Biz də xəbərdarlıq atəşi açdıq. Atəşi məndə açdım, amma hədəfi görmürdük".

Proses günün ikinci yarısında davam edəcək.

Hacı Zeynalov


Müəllif: