Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Mir Cəlal küçəsi 63 A ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Aysel Ağaməmmədova 17-ci mərtəbədən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov