Binəqədidə mənzildə meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a verilən məlumata görə, Bakının Binəqədi rayonunda mənzildə bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar və 1952-ci il təvəllüdlü Kazım Məhəmməd Əli Əsədinin cəsədini aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 03:54-də başa çatıb.